Kriminal mövzudan yazan jurnalistin başı kəsildi

Meksikada “Diario el Mundo” qəzetinin jurnalisti Xulio Valdivia Rodriges Verakrus ştatında qətlə yetirilib.

ONN media  xəbər verir  ki, bu barədə qəzetin “Twitter” səhifəsində məlumat yayılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Article 19”un açıqlamasında qeyd olunur ki, bu 2020-ci ildə Meksikada jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar dördüncü qətl hadisəsidir.

Yerli mətbuat orqanlarının məlumatına əsasən, kriminal mövzuları işıqlandıran jurnalistin başsız bədəni Verakrus ştatının dağlıq ərazisində yerləşən dəmir yolu yaxınlığında aşkar edilib.