Yunan-Türk gərginliyi dərinləşir – ABŞ-ın qırıcıları HAVAYA QALXDI

ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 bombardman təyyarələri Rodos adasının hava məkanından keçib.

ONN media  xəbər verir ki, bu barədə Yunanıstan Ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əməliyyatından sonra Yunanıstanın hava məkanına daxil olan ABŞ təyyarələrini 4 ədəd F-16 qırıcısı müşayiət edib.

Təyyarələrin Egey səmasından Cənubi Kiprə qədər uçduğu, daha sonra Krit adası vasisətilə İon dənizinə çatdığı qeyd olunub.