Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

ONN media bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15:00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.(Report)