“TikTok” qadağan edilir

ABŞ-da “TikTok” və “WeChat” tətbiqlərinin fəaliyyətinə qadağa qoyulacaq.

ONN media xəbər verir ki, 20 sentyabrdan etibarən tətbiqlərin ölkədə yüklənməsi məhdudlaşdırılacaq.

Ticarət Nazirliyi milli təhlükəsizliyin mühafizəsi səbəbilə çinli şirkətlərə aid sözügedən sosial media platformalarını qadağan etdiklərini açıqlayıb. Açıqlamada Çin Kommunist Partiyasının ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatını təhdid etmək üçün bu tətbiqlərdən istifadə etdiyi qeyd olunub.