Pompeodan Azərbaycana və Ermənistana ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Ermənistanı danışıqları ən qısa zamanda bərpa etməyə çağırıb.

ONN media  xəbər verir ki, dövlət katibi bu barədə Ermənistanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunan Pompeo qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalır və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları ən qısa zamanda bərpa etməyə çağırır.