Yer kürəsinin yeni peyki olacaq – FOTOLAR

Yer kürəsinə yaxınlaşmaqda olan “2020 SO” adlı səma cismi müvəqqəti olaraq planetin peyki ola bilər.

ONN media  xəbər verir ki, mütəxəssislər “2020 SO”nun dünyanın kiçik Ayı ola biləcəyini ehtimal edir.

“ScienceAlert”də yer alan xəbərə görə, səma cismi planetin orbitinə bu ilin oktyabr ayında daxil olacaq, 2021-ci ilin may ayına qədər dünya ətrafında fırlanacaq.

“2020 SO”nun 1966-cı ildə kosmosa göndərilən “Surveyor 2 Centaur” raketinin gövdəsi ola biləcəyi ifadə edilir.

Elm adamları səma cisminin planetimiz üçün təhdid təşkil etmədiyini bildirir.