Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI

“Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq, işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir”.

ONN media bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

“Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”.