ONN İnformasiya Agentliyi

“Instagram”a “Messenger”in xüsusiyyətləri ƏLAVƏ EDİLİR

“Instagram”a “Messenger”in xüsusiyyətləri ƏLAVƏ EDİLİR
30 Sentyabr 2020 - 22:38

“Facebook” şirkəti “Instagram” sosial şəbəkəsində “Direct” bölməsini yeniləyərək, ona “Messenger” tətbiqinin funksiyalarını əlavə edəcək.

ONN media xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilib.

“Bu gün biz “Instagram”da şəxsi mesajlar üçün güncəlləmə elan edirik və tətbiqdə yeni “Messenger” interfeysini təqdim edirik. Biz “Messenger” və “Instagram” funksiyalarını birləşdiririk ki, hansı tətbiqdən istifadə etməyinizdən asılı olmayaraq, mesaj göndərməyin ən yaxşı yolunu əldə edə biləsiniz”, – deyə şirkətdən bildirilib.

“Facebook” qeyd edir ki, “Instagram” istifadəçilərindən gələn mesajlar və zənglər tətbiqdə qalacaq. “Instagram”dakı əsas dəyişiklik ondan ibarətdir ki, “Messenger” tətbiqini istifadə edən insanlar artıq bu tətbiqi yükləmədən “Instagram”da başqa bir istifadəçi ilə əlaqə qura bilirlər.

Bundan başqa, “Instagram”ın “Direct” bölməsinə 10-dan çox əlavə xüsusiyyət əlavə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png