Ermənistan Ordusunun alay komandiri və müavini məhv edildi

“Azərbaycan Ordusunun əks hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir”.

ONN media  xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, düşmən qüvvələri Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Tərtər rayonlarını artilleriya atəşinə tutub. Düşmənin hərəkət edən kalonları dəqiq atəşlə məhv edilib:

“Ermənistan Ordusunun alay komandiri və onun müavini məhv edilib. Düşmənin döyüş bayrağı əlimizə keçib, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcəkdir”.