ONN İnformasiya Agentliyi

“WhatsApp”dan çoxdan gözlənilən YENİLİK

“WhatsApp”dan çoxdan gözlənilən YENİLİK
03 Oktyabr 2020 - 9:41

“WhatsApp” messencerində müəyyən söhbətlərdən bildirişləri həmişəlik söndürmək mümkün olacaq.

ONN media xəbər verir ki, tətbiqin beta versiyası android üçün artıq sınaqdan keçirilir.

Əgər istifadəçi davamlı bildirişlərdən yorulursa, qrupdan çıxmadan onları sadəcə söndürə biləcək.

Əvvəllər “WhatsApp”da bu bloklama səkkiz saat, bir həftə və ya bir il işləyirdi. Hazırda isə bildirişlər həmişəlik söndürülə bilər.

Bundan əlavə, “Yaddaş interfeysi” menyusu daha informativ olacaq.

Çatların siyahısı axtarış sətrində olacaq, proqramın özündə isə “Multimediya istifadəsi üçün tövsiyələr” punktu yaranacaq. Bu mətnin və qrafikin göndərməzdən əvvəl redaktəsi üçün lazım olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png