Ermənilər yanğınsöndürən maşını ataraq qaçdılar

Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən əsgərləri hərbi texnikalarını ataraq qaçırlar. 

ONN media bildirir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası – rabitə avtomobili olan “Ural”, “Picap” və yanğınsöndürən maşın hərbi qənimət kimi ələ keçirilib.

Onların hamısı işlək vəziyyətdədir.