Paşinyan çətin vəziyyətə düşdü: Müsahibə zamanı işıqlar söndü

Ermənistan Baş naziri Nikol Paşinyan rus mediasına müsahibəsi zamanı çıxılmaz vəziyyətə düşüb.

ONN media  xəbər verir ki, N.Paşinyan növbəti dəfə Azərbaycan və Türkiyə əleyhinə əsassız və sərsəm açıqlamalar verdiyi sırada otaqda işıqlar sönüb.

Müsahibənin baş tutduğu administrasiya binasında elektrik enerjisinin kəsilməsi Paşinyanı gülüş hədəfinə çevirib.

Paşinyan və komandası Hökumət binasında ehtiyat generatorların işə düşməsini gözləməyə məcbur olublar.