Erməni zabit ABŞ-a qaçdı – NİYƏ?

Hərbi casusluqda ittiham edilən və adı açıqlanmayan erməni zabitin Ermənistandan qaçması ilə bağlı xəbərlər yayılıb.

ONN media  xəbər verir ki, həmin şəxs Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyanın qohumudur. Qeyd olunur ki, indi o və Arsen Xaratyan ölkəni tərk ediblər.

Media Ermənistanın hərbi sirlərini üçüncü ölkələrin xarici kəşfiyat orqanlarına ötürən şəxsin artıq Amerika Birləşmiş Ştatlarına sığındığını yazıb.