Azərbaycana virusun genomunu öyrənə biləcək aparatlar gətirildi

“Həftəsonu aparılan test saylarında azalma olsa da, yoluxma dinamikasında artım var”.

ONN media bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, virusun ağırlaşması və ölümə səbəb olması istiqamətində araşdırma aparılır:

“Azərbaycana da virusun genomunu öyrənə biləcək aparatlar gətirilib. Bununla bağlı araşdırma aparılacaq. Bu gün üçün xəstəliyin ölümcüllüyünün hansı səviyyədə olmasını demək çətindir”.