Ölkədə virusa yoluxanların sayında REKORD ARTIM: Ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ONN media -ya verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.