Ermənistan mətbuatı Burak Özdemiri öz ordu sıralarına “qatdı”

Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib.

ONN media xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub.

Qeyd edək ki, ermənilər məşhur türk müğənnisini Serdar Ortacı da Qarabağda “öldürmüşdü”.

Radionun saytında müğənninin adı Azərbaycan Ordusunun “itkiləri” sırasında yer alıb.