Ermənilər Putinə yalvarır

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

ONN media xəbər verir ki, o, Qarabağda döyüşlərə son qoymaq və münaqişə ilə bağlı siyasi prosesi bərpa etmək üçün əlindən gələni etməsini xahiş edib.

Separatçı “lider” məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandıraraq bunları qeyd edib: “Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm”.