Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başladı

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev aclıq aksiyasına başlayıb.

ONN media bildirir ki, bunu onun vəkili Sergey Slesaryov deyib.

O bildirib ki, A.Atambayev istintaq təcridxanasına keçirildiyi üçün aclığa başlayıb. Vəkil onun zirzəmi otağına yerləşdirildiyini deyib.

Sabiq prezidentin digər təcrid müəssisəsinə keçirilməsi üçün müraciət edilib.

Qeyd edək ki, Almazbek Atambayev oktyabrın 10-da Bişkekdə iğtişaşların təşkilində ittiham olunaraq saxlanılmışdı.