Ermənilər bu dəfə körpələr evini atəşə tutdu

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi hədəfə alır.

ONN media bildirir ki, günorta saatlarında düşmən mərmilərindən biri Ağdamın Baharlı qəsəbəsində yerləşən körpələr evinə düşüb.

Nəticədə binada dağıntılar əmələ gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.