Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, ümumi daxili məhsulun 100 faiz səviyyəsini üstələyir.