Vyanada törədilən terrorda şübhəli bilinən şəxs saxlanıldı

Vyanadakı terror hücumlarında şübhəli bilinən bir nəfər Avstriyanın Çexiya sərhədi yaxınlığında yerləşən Linz şəhərində saxlanılıb.

ONN media bildirir ki, bu barədə “Kronen Zeitung” xəbər verir.

Xatırladaq ki, noyabrın 2-si axşam saatlarında Vyananın 6 ərazisində törədilən hücumlar nəticəsində üç nəfər ölüb, 15 nəfər yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Həmin şəxsin İŞİD tərəfdarı olduğu bildirilir. (report)