Xankəndi BOŞALDILIR – Yollar bağlandı və…

Qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” hesab edilən Xankəndidən (Stepanakert) əhalinin 70%-i çıxıb.

ONN media  xəbər verir ki, bunu şəhərin bələdiyyə başçısı David Sarkisyan açıqlayıb.

Onun sözlərinə görə, şəhərdən çıxanlar İrəvana köçüblər.

Bildirilib ki, şəhərə giriş-çıxış məhdudlaşdırıldığından əhalini qida ilə təmin etmək yerli hökumətin üzərinə düşür. Meriya qalan sakinlərə təxliyə təşkil etməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə əməliyyat keçirmir.