Türkiyədə 81 nəfər ölüb – BU SƏBƏBDƏN

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  139 675 şübhəli koronavirus testindən keçib, onlardan 2483-nün cavabı pozitiv çıxıb, 1928 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  2730 nəfər olub.