Türkiyəli nazirdən Azərbaycana BAYRAM TƏBRİKİ

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

ONN media  bildirir ki, bu barədə o, öz Tvitter səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycanın Dövlət Bayrağı Gününü təbrik edirəm! Qəhrəman ordunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, can Azərbaycan!” – deyə paylaşımda qeyd olunub.