ONN İnformasiya Agentliyi

Mustafa Şentopdan Qarabağ açıqlaması

Mustafa Şentopdan Qarabağ açıqlaması
10 Noyabr 2020 - 11:57

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Dağlıq Qarabağ barədə açıqlama verib.

ONN media  bildirir ki, Şentop Dağlıq Qarabağın işğalını sonlandıran bəyanatın imzalanmasına dair danışıb.

“Azərbaycanın qanuni haqqı və qalibiyyəti, nəhayət, düşmən tərəfindən qəbul edildi. Ermənistan işğal edib qətliam keçirdiyi Qarabağdan geri çəkilməyə və təslim olmağa məcbur qaldı. Tarixin tragik bir səhifəsi Azərbaycan üçün zəfərlə bağlandı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edirəm. Şəhidləri rəhmətlə anıram. Allaha həmd olsun. Bu gözəl gecənin şanı qiyamətə qədər davam etsin”, – TBMM sədri qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png