Türkiyə bu prosesdə Bakını dəstəkləyəcək – Akar

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqını tarixi torpaqlarının işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

Nazir bildirib ki, Azərbaycan xalqı ədalətli mübarizədə qalib gəlib:

“Qardaş Azərbaycan xalqını ədalətli mübarizədə rəşadətli Qələbə münasibətilə təbrik edirəm!”

H.Akar əlavə edib ki, Türkiyə bütün işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcək.