ONN İnformasiya Agentliyi

Qarabağa 8 hərbi helikopter göndərildi – SƏBƏB…

Qarabağa 8 hərbi helikopter göndərildi – SƏBƏB…
12 Noyabr 2020 - 10:21

Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyata cəlb ediləcək.

ONN media bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək”, – açıqlamada deyilir.

Bu çərçivədə “An-124 Ruslan” hərbi nəqliyyat təyyarəsi 8 ədəd Mi-8 və Mi-24 helikopterini İrəvan aerodromuna çatdırıb.

Bundan əlavə, helikopterlər sülhməramlı kontingentin heyətini və əşyalarını daşınması çətin olan ərazilərə köçürmək üçün istifadə olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png