ONN İnformasiya Agentliyi

Daha 2 təyyarə Qarabağa doğru yola düşdü

Daha 2 təyyarə Qarabağa doğru yola düşdü
12 Noyabr 2020 - 14:30

Rus sülhməramlılarını daşıyan daha 2 təyyarə Qarabağa yola düşüb.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının daha 2 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnı hava limanından Ermənistana uçub. Təyyarənin göyərtəsində zirehli heyət daşıyıcıları, sursat və sülhməramlı briqadanın şəxsi heyəti var”, – açıqlamada qeyd olunub.

Qeyd olunur ki, 10 noyabrdan bəri Il-76 və An-124 təyyarələri Ermənistana 750 nəfərdən çox şəxsi heyət, həmçinin 110-dan çox texnika maddi-texniki baza çatdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png