Putin Paşinyana ZƏNG ETDİ

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

ONN media xəbər verir ki, bu məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov paylaşıb.

O, həmçinin özünün də bu gün Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla telefonla danışdığını bildirib.