ONN İnformasiya Agentliyi

Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu

Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
12 Noyabr 2020 - 23:13

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir, xüsusən 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək Xankəndi şəhərinə daxil olub, onun önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.

ONN media  bildirir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Rusiya sülhməramlı kontingentinin əsas qüvvələrinin yerləşdirilməsi davam edir. 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək 17:00-da Xankəndi şəhərinə daxil olub. Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Sülhməramlı briqadanın ön bölmələri Gorus-Sus-Göytala- Şuşanın cənub-qərb kənarı marşrutu boyunca marş icra edib və “Cənub” məsuliyyət bölgəsində dörd müşahidə məntəqəsinin yerləşdirilməsinə başlayıb”, – deyə Rusiya MN nümayəndəsi bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png