ONN İnformasiya Agentliyi

Ermənistanın döyüşdəki itkiləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanın döyüşdəki itkiləri ilə bağlı RƏSMİ AÇIQLAMA
14 Noyabr 2020 - 16:41

Qarabağda 2300-dən çox döyüşçü öldürülüb.

ONN media   xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan öz feysbuk səhifəsində qeyd edib ki, bu günə qədər məhkəmə tibbi ekspertiza xidməti 2 min 317 ölü hərbçini analizdən keçirib. Bundan başqa, döyüş bölgəsində qalan cəsədlərin mübadiləsi yeni başladığı üçün bu rəqəmin artması istisna olunmur.

Məlumat üçün bildirək ki, bu günə qədər məhv edilmiş 1383 erməni əsgərinin adları rəsmi olaraq açıqlanıb.

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezidentin kürəkəni Mikael Minasyan Qarabağda öldürülən erməni sayının 4 min 750 nəfər olduğunu açıqlayıb.

Baş nazir Nikol Paşinyan isə bir neçə gün əvvəl bildirmişdi ki, erməni tərəfi 2 min 250 döyüşçü itirib, 1400 nəfərin kimliyini hələ müəyyən edilə bilməyiblər. 1100 nəfər isə itkin düşüb.

Rusiya və Ermənistan mediası isə bu rəqəmin 13 mindən çox olduğunu bildirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png