Xankəndidə humanitar mərkəz yaradılır

Rusiya Müdafiə Nazirliyi Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaratmağa başlayıb.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, bu məqsədlə artıq formalaşmaqda olan mərkəzin əməliyyat qrupu Xankəndidə Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərkibində yerləşdirilib.