ONN İnformasiya Agentliyi

Rusiya FHN-nin əməliyyat qrupu Dağlıq Qarabağa göndərildi

Rusiya FHN-nin əməliyyat qrupu Dağlıq Qarabağa göndərildi
15 Noyabr 2020 - 20:07

Rusiya Fövqəladə Hallar Nazirliyinin 30 mütəxəssisdən ibarət əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Evqeniy Ziniçev məlumat verib.

O, bildirib ki, yola düşənlərin məqsədi orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir:

“Eyni zamanda nazirliyin xilasetmə mərkəzlərində 20 avadanlıqla birlikdə 150 mütəxəssisdən ibarət bir qrup da hazır vəziyyətə gətirilib. Bu isə ərazidə mobil hospital qurmaq və zərurət yarandığı halda əhaliyə tibbi yardım göstərmək üçündür”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png