Rus sülhməramlıları bu rayonda da müşahidə postu qurdu

Rus sülhməramlıları Kəlbəcərin Xudavəng bölgəsi yaxınlığında 2 müşahidə postu qurub.

ONN media  xəbər verir ki, müşahidə postundan biri yaşayış məntəqəsinin girişində, digəri isə birbaşa Xudavəng monastırında yerləşəcək.

Sülhməramlılar jurnalistlərə açıqlamasında bildirib ki, əvvəllər anlaşmazlıqlar və hətta təxribat xarakterli hərəkətlərlə qarşılaşmağa hazırlaşıblar. Lakin gözləntiləri əsassız olub.