ONN İnformasiya Agentliyi

“Laçın dəhlizində ərazi minalardan təmizlənir” – Rusiya MN

“Laçın dəhlizində ərazi minalardan təmizlənir” – Rusiya MN
16 Noyabr 2020 - 19:50

“Laçın dəhlizində sülhməramlı birləşmələrin hərbi kolonunun keçidini təmin edən 7 müvəqqəti müşahidəçi postu qurulub”.

ONN media  xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirilən brifinqdə deyib.

Bundan əlavə, o qeyd edib ki, hərbi mütəxəssislər tərəfindən Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi minalardan təmizlənib.

“Laçın dəhlizində ərazinin minalardan və partlayıcı maddələrdən tam təmizlənməsi işləri aparılır. Xankəndi-Gorus yolunun 1 kilometrlik hissəsi yoxlanılıb və minalardan təmizlənib. Həmçinin, 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika yolun gediş-gəliş hissəsindən təmizlənib”, – deyə MN rəsmisi bildirib.(qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png