Paşinyan hökumətin 80%-ni istefaya göndərir?

Ermənistan Baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80%-ni istefaya göndərmək niyyətindədir.

ONN media  xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, hakim partiya hazırda köhnələrin əvəzlənməsi üçün yeni kadrlar axtarır.

Qəzet Paşinyanın əmək və sosial məsələlər naziri Zarui Batoyan, təhsil naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçaturyan, müdafiə naziri David Tonoyan və müavinlərini istefaya göndərmək fikrində olduğunu bildirib.