Ermənilər bütün önəmli obyektləri minalayıblar

“Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən əsas obyektləri – elektrik xətlərini, su ehtiyatlarını, habelə qəbiristanlıqları minalayıblar”.

ONN media  xəbər verir ki, bu barədə ANAMA direktoru Qəzənfər Əhmədov məlumat verib.

O bildirib ki, döyüş sahələri ərazisinin partlamamış hərbi sursatlardan təmizləmək üçün 5-6 il, minalardan təmizləmək üçün isə 10-13 ilə qədər vaxt lazımdır.