ONN İnformasiya Agentliyi

Bayden gələcək nazirləri TƏQDİM ETDİ – ADLAR

Bayden gələcək nazirləri TƏQDİM ETDİ – ADLAR
24 Noyabr 2020 - 23:46

İlkin nəticələrə görə ABŞ prezidenti seçilən Cozef Bayden kabinetində təmsil olunacaq komandasını təqdim edib.

ONN media xəbər verir ki, Bayden və nazirlik kürsülərinə namizədlər Delaver ştatındakı Vilminqton şəhərində bir səhnədə dayanıblar.

Öncədən planlaşdırıldığı kimi, Bayden Dövlət katibi qismində Toni Blinkeni, BMT yanında daimi nümayəndə qismində Linda Tomas-Qrinfildi, Milli təhlükəsizlik müşaviri qismində Ceyk Sallivanı, Daxili Təhlükəsizlik naziri qismində Alexandro Mayoraksı, iqlim üzrə cavabdeh qismində isə keçmiş dövlət katibi Con Kerrini təqdim edib.

Bayden həmçinin əmin edib ki, ABŞ yenidən dünyada liderlik edəcək, rəqiblərinə sinə gərəcək, müttəfiqlərini isə rədd etməyəcək.

“Mənim komandam Amerikanın qayıdışını əks etdirir: ölkə yenə dünyada lider olacaq, yenidən masanın yuxarı başında əyləşəcək, rəqiblərimizə qarşı mübarizə aparacaq, müttəfiqlərimizi də rədd etməyəcək”, – namizədləri təqdim edərkən Bayden söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png