Qonşuda korona ilə bağlı pik yaşanır

Gürcüstanda koronavirusa gündəlik yoluxma hallarında artım qeydə alınır. Hazırda ölkədə koronavirusun yayılmasının pik həddi yaşanır.

ONN media xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, virusa yoluxanların sayı daha da artacaq:

“Biz artıq pik həddə çatmışıq və bunun nə qədər davam edəcəyini bilmirik. Bu gün 3128 yoluxma qeydə alınıb və bu say artmaqdadır. Dekabrın ilk həftəsində yoluxma sayında və ölüm halında artım daha çox olacaq. Bu səbəbdən ölkədə mövcud olan məhdudiyyətlər sərtləşdirilməli və əlavə tədbirlər tətbiq olunmalıdır”.