ONN İnformasiya Agentliyi

Mən də narazıyam: Bəyanatı imzalayan zaman… – Paşinyan

Mən də narazıyam: Bəyanatı imzalayan zaman… – Paşinyan
25 Noyabr 2020 - 12:08

Ermənistanda daxili siyasi gərginlik mövcuddur, amma müxalifətin etdiyi çağırışlar (Hökumətin istefası nəzərdə tutulur – red.) erməni cəmiyyətində geniş dəstəklənmir.

ONN media   xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-a müsahibəsində bildirib.

“Sözün düzü, mən də razı deyiləm, yaranmış vəziyyətə görə hamımız narazıyıq. Ancaq bizim alternativlərimizi anlamaq lazımdır. Sazişin imzalanması zamanı heç bir alternativimiz yox idi. Məncə, erməni cəmiyyəti bunu anlayır. Vəziyyəti pisləşdirməmək üçün çalışmalıyıq”, — Paşinyan vurğulayıb.

Jurnalistin növbədənkənar parlament seçkilərinin mümkünlüyü ilə bağlı verdiyi sualı cavablayan Paşinyan dəqiqlikdən qaçaraq, əsas məsələnin Ermənistanın sabitliyi olduğunu deyib.

“6 aylıq strateji yol xəritəsini hazırlamışam, bu dövr ərzində ölkədə vəziyyətin sabitləşdirilməsi üzərində işləməliyik. Bundan sonra cəmiyyətimizlə, xalqımızla, siyasi qüvvələrimizlə məsləhətləşəcəyik və gələcək addımlar barədə qərar qəbul edəcəyik”, – o qeyd edib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png