“Qarabağ”ın futbolçuları Ağdam cümə məscidində namaz qıldı

“Qarabağ” futbol klubu bu gün Ağdam şəhərinə səfər edib.

ONN media  xəbər verir ki, klubun üzvləri Ağdam Cümə məscidində namaz qılıblar.

Komanda üzvləri sonra Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ”ın futbolçusu, kapitanı, baş məşqçisi olmuş Allahverdi Bağırovun da məzarını ziyarət ediblər.