ABŞ və Rusiya arasında GƏRGİNLİK

Qara dəniz üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ-a aid “Boinq RC-135” tipli kəşfiyyat təyyarəsi Qara dəniz səmasında uçuş edərkən Rusiya hava məkanına yaxınlaşıb:

“Rusiya sərhədlərinin pozulmasının qarşısının alınması məqsədilə Su-27 qırıcı təyyarələri havaya qaldırılıb. Rusiya qırıcıları Qara dəniz səmasında uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni müşayiət edib”.