Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

ONN media  xəbər verir ki, bu barədə “Ariana Nyus” məlumat yayıb.

Bildirilib ki, komitənin əməkdaşı şənbə günü oğurlanıb və hazırda onun tapılması istiqamətində işlər aparılır.

Hələlik heç bir qruplaşma oğurluqla bağlı məsuliyyəti üzərinə götürməyib.