ONN İnformasiya Agentliyi

Belarusda aksiyalar GƏRGİNLƏŞDİ: 250 nəfər HƏBS EDİLDİ

Belarusda aksiyalar GƏRGİNLƏŞDİ: 250 nəfər HƏBS EDİLDİ
30 Noyabr 2020 - 10:57

Belarusda iqtidara qarşı aksiya keçirən 250 vətəndaş saxlanılıb.

ONN media  xəbər verir ki, bu barədə Minsk Polis Mərkəzinin sözçüsü Natalya Qanuseviç məlumat yayıb.

Aksiya iştirakçıları şəhər mərkəzindən uzaq məhəllələrdə ayrı-ayrı qruplar halında toplaşaraq şüarlar səsləndiriblər.

Bildirilib ki, nümayişçilər şəhərdə böyük tıxacın yaranmasına səbəb olublar, həmçinin ictimai nəqliyyatın hərəkətinə maneə yaradılıb. Bundan başqa, daha əvvəl saxlanılıb sonra sərbəst buraxılan 100 nəfər yenidən icazəsiz aksiyada iştirak edib.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko qalib olmuş, ardından seçkilərdə saxtakarlıq edildiyi iddia olunmuş, insanlar buna etirazını bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png