Paşinyan Qarabağı blokadada saxlamaq qərarı verdi

Paşinyan hökuməti Qarabağdakı erməniləri informasiya blokadasında saxlamaqla bağlı siyasi qərar qəbul edib.

ONN media  xəbər verir ki, bu məlumatı “Fakt” qəzeti yayıb.

Məlumata görə, Qarabağ erməniləri hələ də internetə giriş əldə edə bilməyib.

Qəzet internetin verilməsinin Qarabağdakı ermənilər arasında ictimai narazılığı ən yüksək həddə çatdıracağından Paşinyanın ehtiyat etdiyini bildirib.

Qeyd edək ki, Qarabağa internet xətti iki istiqamətdən – Kəlbəcər və Şuşa istiqamətindən daxil olur. Hər iki istiqamət Azərbaycan Ordusunun tam nəzarətindədir.