Şəhidlərimizin xatirəsinə mahnı həsr olundu – VİDEO

Bəstəkar-müğənni Hacı Nazim şəhidlərimizin əziz xatirəsinə həsr olunan yeni mahnısını təqdim edib.

ONN media  xəbər verir ki, sənətçinin şəhidlərə ithaf olunmuş mahnısının sözləri şair Hüseyn Kürdoğluna aiddir. Layihə şairin nəvəsi, memar Toğrul Ruslanoğlunun təşəbbüsü ilə ərsəyə gəlib. Mahnıda qiraət hissəni Xalq artisti Nurəddin Mehdixanlı səsləndirib.

Sözügedən layihəni təqdim edirik: