Ukraynadan çağırış: Rus qoşunu çıxmalıdır!

Ukrayna hakimiyyəti Moldovanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Rusiya qoşunlarının Dnestryanından çəkilməsində israr edəcək.

ONN media xəbər verir ki, bu sözləri Moldovanın paytaxtı Kişinyovda səfərdə olan Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

XİN rəhbəri bildirib ki, Ukrayna administrasiyası Dnestryanı konfliktinin həllində rəsmi Kişinyova dəstəyini əsirgəməyəcək.

Qeyd edək ki, Moldovanın yeni prezidenti Maya Sandu səlahiyyətlərinin icrasına başlayan kimi ilk rəsmi səfərini Ukraynaya edəcək.