Azərbaycanda koronavirusla bağlı SON DURUM

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONN media  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər COVID-19-dan vəfat edib.