Çəkildiyi serialdan imtina etdi – NİYƏ?

Türkiyəli aktrisa Özgü Namal çəkildiyi serialdan imtina edib.

ONN media  bildirir ki, Namal hazırda rol aldığı “Hükümsüz” adlı ekran işindən ayrılıb.

Buna səbəb 41 yaşlı aktrisanın serialın ssenarisinə dəyişiklik etmək istəməsi olub. Onun bu istəyi ekran işinin istehsalçısı Mustafa Uslu tərəfindən rədd edilib.

7 ildən sonra çəkiliş meydanına qayıdan Özgü serilda çəkilməkdən imtina edib.