Yeni il yarmarkalarını hansı şirkət təşkil edəcək?

Kənd Təsərrüfatı Nazirliyinə məxsus Aqrar Tədarük və Təchizat ASC Bakının 5 müxtəlif ərazisində dekabrın 20-dən 30-nə qədər (11 təqvim günü) kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ONN media xəbər verir ki, tenderin qalibi “Enerji Təchizat-1” MMC-dir.

Qalib şirkətə 198,5 min manat ödəniləcək.